“TikTok” qazaxıstanlı müəllimlərə bahalı telefonlar vəd etdi | DEFAKTO.AZ “TikTok” qazaxıstanlı müəllimlərə bahalı telefonlar vəd etdi – DEFAKTO.AZ

“TikTok” qazaxıstanlı müəllimlərə bahalı telefonlar vəd etdi

38

“TikTok” video platforması Qazaxıstan Təhsil Nazirliyinin dəstəyi ilə müəllimlər üçün müsabiqəyə start verib.

Müsabiqə çərçivəsində ölkənin hər yerindən müəllimlər “TikTok”da öz fənləri ilə bağlı kreativ və maarifləndirici videolar yerləşdirməyə dəvət olunurlar.

Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr – “iPhone 13 Pro Max” smartfonları təqdim olunacaq.

Qeyd olunur ki, müsabiqə Qazaxıstan müəllimlərinə yeni ünsiyyət üsullarını kəşf etməyə və öz fənləri üzrə bilikləri başa düşülən video formatda paylaşmağa imkan verəcək.

Mənbə: Sputnik Qazaxıstan