Bakıya qonaq gəldi: Mübahisə zamanı bıçaqlandı | DEFAKTO.AZ Bakıya qonaq gəldi: Mübahisə zamanı bıçaqlandı – DEFAKTO.AZ

Bakıya qonaq gəldi: Mübahisə zamanı bıçaqlandı

35

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“DEFAKTO.az”un məlumatına görə, Bərdə rayon sakini 1964-cü il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, A.Əliyev Bakıya qonaq gəlibmiş.

Hadisənin təfərrüatı araşdırılır.