Şəmkirdə piyada qəza zamanı qarşıdan gələn avtomobilə çırpıldı | DEFAKTO.AZ Şəmkirdə piyada qəza zamanı qarşıdan gələn avtomobilə çırpıldı – DEFAKTO.AZ

Şəmkirdə piyada qəza zamanı qarşıdan gələn avtomobilə çırpıldı

35

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

DEFAKTO.az-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.