Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub | DEFAKTO.AZ Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub – DEFAKTO.AZ

Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub

47

Oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.

DEFAKTO.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verdi.

Bildirildi ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoydu.