Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu | DEFAKTO.AZ Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu – DEFAKTO.AZ

Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu

26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq.

Yüksək səviyyəli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 6-da Praqada reallaşacaq.

Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrin aparılması planlaşdırılır. Ərdoğan Paşinyana üçüncü ölkələrin ərazisində deyil, ardıcıl olaraq Türkiyə və Ermənistanda xüsusi nümayəndələrin görüşlərinin keçirilməsini təklif edəcək.

Bundan əlavə, Türkiyə lideri regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı təkliflər verəcək.

Mənbə: “Sabah” qəzeti