Sosial şəbəkənin ən sirli yutuberi səkkiz ildən sonra üzünü göstərdi – FOTO/VİDEO | DEFAKTO.AZ Sosial şəbəkənin ən sirli yutuberi səkkiz ildən sonra üzünü göstərdi – FOTO/VİDEO – DEFAKTO.AZ

Sosial şəbəkənin ən sirli yutuberi səkkiz ildən sonra üzünü göstərdi – FOTO/VİDEO

24

Sosial şəbəkənin ən sirli yutuberi sayılan “Dream” səkkiz ildən sonra üzünü göstərib.

2014-cü ildən vloqerliyə başlayan gənc bu illər ərzində maska taxaraq anonimliyini saxlamışdı. Onun izləyiciləri, hətta onunla əməkdaşlıq edən digər kontent yaradıcıları üçün “Dream”in əsl görünüşü internetin ən böyük sirlərindən biri idi.

Ancaq “Dream” nəhayət bu sirri açmaq qərarına gəlib.

Bloqer bildirib ki, nəhayət üzünü göstərməsinə səbəb dostu Corcun evinə köçməsi olub. Belə ki, onların videoları, onsuz da, gec-tez “Dream”in kimliyini ortaya çıxaracaqdı.

Qeyd edək ki, “Minecraft” oyunu barədə söhbətləri ilə məşhurlaşan bloqerin 30 milyondan artıq izləyicisi var, kanalı isə 2,7 milyard baxış toplayıb. O, “Minecraft” haqqında xüsusi “YouTube” kanalına ən çox abunəçi və oyun haqqında ən populyar videoya görə “Ginnesin Rekordlar Kitabı”ndan iki rekorda sahibdir.

Mənbə: Daily Mail