Sahibə Qafarova İndoneziyaya gedir | DEFAKTO.AZ Sahibə Qafarova İndoneziyaya gedir – DEFAKTO.AZ

Sahibə Qafarova İndoneziyaya gedir

33

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün sabah İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tədbirdə Milli Məclisin sədrinin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.