İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.
Bu barədə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.
Previous Post“Vətəndaşa pul veriləndə ticarət dövriyyəsi artır, iqtisadiyyat canlanır” - İqtisadçı
Next PostXİN sözçüsü Ermənistana cavab verdi: "Qarabağ xalqı deyə anlayış mövcud deyil"