“Oskar” tədbirində “Xaç atası” filmi ilə bağlı qalmaqallı açıqlama verən aktrisa vəfat etdi – FOTO | DEFAKTO.AZ “Oskar” tədbirində “Xaç atası” filmi ilə bağlı qalmaqallı açıqlama verən aktrisa vəfat etdi – FOTO – DEFAKTO.AZ

“Oskar” tədbirində “Xaç atası” filmi ilə bağlı qalmaqallı açıqlama verən aktrisa vəfat etdi – FOTO

27

1973-cü ildə “Oskar” mükafatlarının təqdimetmə mərasimində qalmaqallı açıqlama ilə hər kəsi şoka salan və bundan sonra məşhurlaşan Saşin Litlfizer vəfat edib. 75 yaşlı hindu fəal və aktrisa Novatodakı evində ailəsinin əhatəsində dünyasını dəyişib.

Bildirilir ki, atası apaçilərdən olan və bu səbəbdən sonradan hindu əslini nümayiş etdirmək üçün özünə Saşin Litlfizer (“Littlefeather” – Kiçik Lələk) ləqəbini götürən Mariya Luiza Kruza 2018-ci ilin mart ayında döş xərçəngi diaqnozu (4-cü mərhələdə) qoyulmuşdu.

1973-cü ilin yazında (“Oskar” mərasimi keçirilən ərəfədə) ABŞ-da hindulara qarşı törədilmiş qanunsuzluqların araşdırılmasını tələb edən bir qrup hindu Vunded-Ni kəndini ələ keçirir. Hökumət qüvvələri kəndi mühasirəyə alaraq güc tətbiq etməyə başlayır, bu da bütün ölkədə etirazlara səbəb olur. Hinduların ilk müdafiəçilərindən biri isə məşhur aktyor Marlon Brando olur.

O, Hollivud filmlərində hinduların mənfi təsvirinə, həmçinin Vunded Ni hadisələrinə etiraz olaraq “Xaç atası” filmində “Don Karleone” roluna görə “Oskar” mükafatından imtina edir. Bunu elan etməyi isə Saşin Litlfizerə həvalə edir, bunun üçün hindu əsilli gənc aktrisaya səhnədə oxuması üçün 15 səhifəlik çıxışını da verir.

Səhnəyə ənənəvi hindu paltarında çıxan gənc qız aparıcının ona uzatdığı heykəlciyi kənara itələyir və sensasiyalı açıqlama ilə çıxış etməyə başlayır. Amma prodüser aktrisanı Brandonun göndərdiyi məktubu tam oxuyacağı təqdirdə mikrofonu bağlayacağı ilə hədələyir. Bu səbəbdən Saşinin çıxışı qısa olur.

“Marlon Brando məndən sizə çox uzun bir çıxış oxumağı xahiş etdi, amma indi bunu edə bilmirəm, buna vaxtım yoxdur… O, təəssüflə bu fəxri mükafatdan imtina edir”, – deyə aktrisa bildirir.

Qeyd edək ki, sonradan keçirilən mətbuat konfransında nitqin tam mətni oxunur.

“Biz onları öldürdük. Biz onlara yalan danışdıq. Biz onları aldatdıq və öz torpaqlarından qovduq. Biz onları ac qoyduq, müqavilə adlandırdığımız və heç vaxt yerinə yetirmədiyimiz saxta sənədləri imzalamağa məcbur etdik. Biz onları dilənçiyə çevirdik”, – deyə çıxışda bildirilir.

Ancaq mükafatın təqdimetmə mərasimində çıxışından sonra aktrisa uzun illər irqçi münasibətə və təhqirlərə məruz qalır. Bundan təqribən 50 il sonra – 2022-ci ildə Kino Sənətləri və Elmləri Akademiyası həmin illərdə nifrət dalğasına məruz qalmış hindu fəaldan üzr istəyib.

Mənbə: The Hollywood DEFAKTO.azer