Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb | DEFAKTO.AZ Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb – DEFAKTO.AZ

Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb

34

Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

“DEFAKTO.az”un məlumatına görə, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.