Dünyanı idarə edən kiçik canlılar | DEFAKTO.AZ Dünyanı idarə edən kiçik canlılar – DEFAKTO.AZ

Dünyanı idarə edən kiçik canlılar

25

Qarışqalar Yer planetinin ən uğurlu canlılarıdır və buna görə də onların sayı hamıdan çoxdur.

Belə qənaətə Vürzburq Universitetinin bioloqları gəliblər. Araşdırmanın nəticələri oktyabrın 1-də “Popular Science” jurnalında dərc olunub.

Bioloqlar müəyyən ediblər ki, qarışqaların hərəkətlərinin təşkili və uyğunluğu onlara sağ qalmağa imkan verir. Elm adamları bildiriblər ki,planetimizdəki bütün qarışqaların ümumi çəkisi bütün quşların çəkisindən daha çoxdur.

“Qlobal qarışqa populyasiyası ilə bağlı təxminlərimiz 20×10-15 fərddir. Bu, arxasında 15 sıfır olan 20 deməkdir, bunu qiymətləndirmək çətindir”, – deyə ekspertlərdən biri qeyd edib.

Amerikalı bioloq Edvard O.Vilson isə qarışqaları “dünyanı idarə edən kiçik canlılar” adlandırıb.

Mənbə: rossaprimavera.ru