Messidən möhtəşəm qol, PSJ-dən qələbə – VİDEO | DEFAKTO.AZ Messidən möhtəşəm qol, PSJ-dən qələbə – VİDEO – DEFAKTO.AZ

Messidən möhtəşəm qol, PSJ-dən qələbə – VİDEO

199

Fransa Liqa 1-də IX tur davam edir.

DEFAKTO.az xəbər verir ki, tur çərçivəsində PSJ “Nitsa”nı qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 29-cu dəqiqəsində parislilərin super ulduzu Lionel Messi cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

Labode 47-ci dəqiqədə tarazlığı bərpa etsə də, Mbappe 83-cü dəqiqədə qələbəni təmin edən qola imza atıb.

Liqa 1
IX tur

PSJ – “Nitsa” – 2:1
Qollar:
Messi, 29, Mbappe, 83 – Labode, 47

Bu qələbə ilə xalını 25-ə yüksəldən Kristof Qaltyenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Marsel” 23 xalla 2-ci, “Loryen” 19 xalla 3-cüdür.