Türkiyədə sərnişin avtobusu aşdı: Onlarla insan yaralandı | DEFAKTO.AZ Türkiyədə sərnişin avtobusu aşdı: Onlarla insan yaralandı – DEFAKTO.AZ

Türkiyədə sərnişin avtobusu aşdı: Onlarla insan yaralandı

28

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb.

Əldə edilən məlumata görə, qəza Şanlıurfa-Qaziantep avtomobil yolunda baş verib. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları avtobusdan çıxarıb, daha sonra xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəza sürücünün ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib.

Mənbə: Haber Global