“Qarabağ” “Neftçi”yə qalib gəlib vahid lider oldu – VİDEO | DEFAKTO.AZ “Qarabağ” “Neftçi”yə qalib gəlib vahid lider oldu – VİDEO – DEFAKTO.AZ

“Qarabağ” “Neftçi”yə qalib gəlib vahid lider oldu – VİDEO

51

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

DEFAKTO.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Neftçi”ni qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Qarabağ” vahid lider olub. “Neftçi” 18 xalla ikinci sırada qərarlaşıb. Son ölkə çempionu rəqibindən bir oyun az keçirib.

Qeyd edək ki, günün ilk matçında “Zirə” səfərdə “Turan Tovuz”a qalib gəlib – 3:1. Turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.

Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.