Azərbaycan nefti bahalaşdı | DEFAKTO.AZ Azərbaycan nefti bahalaşdı – DEFAKTO.AZ

Azərbaycan nefti bahalaşdı

1266

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 43,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur. 
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur. 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur. 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 41,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir