Azərbaycanda pensiyalar necə hesablanacaq? | DEFAKTO.AZ Azərbaycanda pensiyalar necə hesablanacaq? – DEFAKTO.AZ

Azərbaycanda pensiyalar necə hesablanacaq?

9

Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.

O qeyd edib ki, dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.