Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var | DEFAKTO.AZ Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var – DEFAKTO.AZ

Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var

8

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb.

“DEFAKTO.az” xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

“Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.