DSX-nin hospitalından reportaj: “Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” – FOTO/VİDEO | DEFAKTO.AZ DSX-nin hospitalından reportaj: “Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” – FOTO/VİDEO – DEFAKTO.AZ

DSX-nin hospitalından reportaj: “Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” – FOTO/VİDEO

20

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin yaralı hərbiçilərinin müalicə aldığı hospitalda olub və onların vəziyyəti ilə maraqlanıb.

DSX-nin hərbi qulluqçusu Təbriz Ramazanov bildirib ki, hazırda vəziyyəti yaxşıdır.

“Sentyabrın 12-dən 13-nə keçən gecə müşahidələrimiz nəticəsində düşmənin bizim postlarımıza yaxınlaşdığını gördük və dərhal lazımi tədbirləri görərək, düşmən təxribatının qarşısını aldıq. Düşmən tərəfinin atdığı əl qumbarası nəticəsində qəlpə yarası aldım”, – deyə o əlavə edib.

DSX-nin hərbi qulluqçusu Bəhram Qarayev qeyd edib ki, hospitala gəldiyi ilk günlər ayaqları üzərində dayan bilmirdi.

“Həkimlərimiz sayəsində vəziyyətim getdikcə yaxşılaşır. Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi. Bu zaman sərhədçilərimizin ayıq-sayıq xidməti nəticəsində düşmənin postlarımıza yaxınlaşdıqlarını gördük və döyüş əməliyyatına başladıq. Əməliyyat zamanı düşmən itki verərək geri çəkildi”, – deyə o bildirib.

Videoreportajı təqdim edirik: