Leyla Əliyevanın təşəbbüsü ilə 15 əlaçı tələbə təqaüd alacaq | DEFAKTO.AZ Leyla Əliyevanın təşəbbüsü ilə 15 əlaçı tələbə təqaüd alacaq – DEFAKTO.AZ

Leyla Əliyevanın təşəbbüsü ilə 15 əlaçı tələbə təqaüd alacaq

100

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycandan olan 15 tələbə RAGB-nin “AMOR Əlaçı Təqaüdü” müsabiqəsinin qalibləri siyahısına daxil edilib.

“DEFAKTO.az”un məlumatına görə, bu barədə RAGB-in mətbuat xidməti məlumat yayıb.

Rusiya Azərbaycanlı Gənclər Birliyi artıq dördüncü ildir ki, Rusiya universitetlərində təhsil alan tələbələrə maliyyə dəstəyi verir.

Xatırladaq ki, 2019-cu ildən bəri “AMOR Əlaçı Təqaüdü”nü 46 tələbə qazanıb. Rusiya universitetlərinin bakalavr və ya magistr proqramları üzrə əyani təhsil alan azərbaycanlı əlaçılar bu təqaüdə müraciət edə bilərlər.