Bakıda təmir zamanı dağıdılan yol niyə bərpa edilmir? – AÇIQLAMA + FOTO | DEFAKTO.AZ Bakıda təmir zamanı dağıdılan yol niyə bərpa edilmir? – AÇIQLAMA + FOTO – DEFAKTO.AZ

Bakıda təmir zamanı dağıdılan yol niyə bərpa edilmir? – AÇIQLAMA + FOTO

34

Paytaxtın Səbail rayon sakinləri yol problemindən əziyyət çəkirlər.

Bu barədə DEFAKTO.az-a vətəndaşlar tərəfindən şikayət daxil olub.

Belə ki, şəhərin Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yaşayan sakinlər iki ildir yol problemindən əziyyət çəkirlər:

“İki il bundan əvvəl asfalt örtüyü dağıdılaraq küçəyə yeni kanalizasiya xətti çəkilib. Kanalizasiya  xətti çəkildikdən sonra asfalt örtüyü bərpa edilməyib. Qocalar, uşaqlar çox əziyyət çəkirlər. Asfalt örtüyünün çəkilməsi üçün heç bir qurum müraciətimizə baxmır”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli DEFAKTO.az-a açıqlamasında bildirib ki, ərazidə qurum, təşkilat, şirkət tərəfindən həyata keçirilən qazıntı işlərinin yekununda avtomobil yolunun əvvəlki halına qaytarılması həmin qurumların öhdəsinə düşür:

“Əgər həmin təşkilat və qurumların buna gücü çatmırsa, AAYDA-nın ərazi üzrə müvafiq cavabdeh olan MMC-ləri var. Onlarla müqavilə imzalanmalıdır. Daha sonra bizim MMC tərəfindən əraziyə işçi briqadası göndərilir və yolun asfalt-beton örtüyü ilə bərpa edilir”.

Könül Cəfərli