Dünyada ilk islam bankının qurucusu vəfat edib | DEFAKTO.AZ Dünyada ilk islam bankının qurucusu vəfat edib – DEFAKTO.AZ

Dünyada ilk islam bankının qurucusu vəfat edib

1405

Dünyada ilk islam bankının qurucusu, Dubay İslam Bankını yaradan Səid Əhməd Nasir Lutah 97 yaşında vəfat edib. 
Birləşmiş Ərəb Əmirliyinin baş naziri Şeyx Məhəmməd Bin Rəşid Əl-Məktum bu ölümdən təəssüflənərək Lutahın hamıya örnək bir insan olduğunu qeyd edib: 
“Dünyada ilk dəfə o, islam bankını qurub haqqa doğru irəlilədi. Xeyir işlər gördü, neçə kimsəsizə, yetimə atalıq etdi. Lutah ağıllı və elmli bir insan idi”. 
Xatırladaq ki, atasının biznesinə yardım etmək üçün 12 yaşından ticarətlə məşğul olmağa başlayan Səid Əhməd Nasir Lutah 1975-ci ildə ilk islam bankı yaradandan az sonra, 1975-ci ildə İslami Ərəb Sığorta Şirkətini təsis edərək daha bir ilkə imza atıb. Lutah 1999-cu ildə Birləşmiş Ərəb Əmirliyindəki nüfuzlu bir tədbirdə ilin adamı və islam dünyasının birinci iş adamı seçilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir