İran işğalçı ilə bütün münasibətləri kəsməlidir – Ekspertdən açıqlama | DEFAKTO.AZ İran işğalçı ilə bütün münasibətləri kəsməlidir – Ekspertdən açıqlama – DEFAKTO.AZ

İran işğalçı ilə bütün münasibətləri kəsməlidir – Ekspertdən açıqlama

154

“Tehranın bu davranış dəyişikliyinin kökündə Azərbaycan və Türkiyənin tutduğu ardıcıl mövqe və İran daxilində soydaşlarımızın məsələyə münasibəti mühüm rol oynayıb”.

Bu sözləri İranın Rusiyadan Ermənistana uçan hərbi təyyarələr üçün hava məkanını bağladığı barədə “Əl Cəzirə” telekanalının yaydığı məlumata münasibət bildirərkən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib:

“Bu məlumata rus saytlarında rast gəldim. Amma sonra onu yığışdırdılar. İranın əslində işğalçı dövlətə münasibəti Türkiyənin Ermənistana olan münasibəti kimi olmalı idi.Çünki Azərbaycanla İranı bağlayan tarixi, mədəni, etnik və s. bağlar var. Hətta İran Türkiyədən fərqli olaraq xarici siyasətdə islam həmrəyliyini ortaya qoyub. Bu mənadaİran İrəvana münasibətdə Türkiyədən də sərt mövqe nümayiş etdirməli idi. Təssüf ki, bunu görə bilmədik”.

Politoloqun sözlərinə görə, Tehran mövcud sitiuasiyanı dəyərləndirərək belə qərara gəlib:

“Azərbaycanın İrəvana birbaşa hərbi yardım edən dövlətlərə münasibəti bəllidir. Cəmiyyət və dövlət olaraq Azərbaycan bu məsələ ilə bağlı açıq şəkildə mövqeyini ortaya qoyub. Türkiyə də bu istiqamətdə Azərbaycanı dəstəkləyir, işğalçıya hərbi dəstək verən və onun hansısa ölkələrin ərazisindən çatdırılmasını tənqid edir. Eyni zamanda İrandakı 10 milyonlarla soydaşımızın həmin məsələyə etirazları da Tehranın belə bir qərar verməsində mühüm rol oynayıb. Məhz bundan sonra Tehran Rusiyadan Ermənistana uçan hərbi təyyarələrə hava məkanını bağlamalı olub”.

Politoloqun fikrincə, İranın işğalçı ilə bütün münasibətləri kəsməsi zəruridir: “Bu istiqamətdə atacağı addımların hansını indi edəcəyi, hansını sonraya saxlayacağını zaman göstərəcək. Hər halda İran gec-tez haqlı etirazlardan nəticə çıxarıb, mövqeyində tam düzəliş etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir