Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır | DEFAKTO.AZ Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır – DEFAKTO.AZ

Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır

218

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Qeyd olunub ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir