ABŞ Ukraynaya daha 4,5 milyard dollar büdcə yardımı ayıracaq | DEFAKTO.AZ ABŞ Ukraynaya daha 4,5 milyard dollar büdcə yardımı ayıracaq – DEFAKTO.AZ

ABŞ Ukraynaya daha 4,5 milyard dollar büdcə yardımı ayıracaq

12

ABŞ Ukraynaya büdcəsini dəstəkləmək üçün daha 4,5 milyard dollar ayıracaq.

Bu barədə bazar ertəsi qərargahı Vaşinqtonda yerləşən Dünya Bankı (DB) məlumat yayıb.

Bankın yaydığı press-relizdə qeyd olunub ki, söhbət 4,5 milyard dollar məbləğində qrantdan gedir.

Həmin vəsaitin Kiyevə ABŞ Dövlət Departamentinin strukturunda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi (BİA) tərəfindən köçürüləcəyi bildirilib.

Mənbə: TASS