Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb | DEFAKTO.AZ Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb – DEFAKTO.AZ

Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb

17

Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.