Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb | DEFAKTO.AZ Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb – DEFAKTO.AZ

Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

13

Moldova Səhiyyə Nazirliyi ölkədə qeydə alınan ilk meymunçiçəyi xəstəliyinə yoluxma faktını açıqlayıb.

“Respublikada meymunçiçəyi ilk yoluxma halı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn əcnəbi vətəndaşda tapılıb”, – nazirliyin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, əcnəbi Kişinyovdakı Tom Çorbe Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib və orada meymunçiçəyi, qızdırma və dəri səpgiləri şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onun meymunçiçəyi testi müsbət çıxıb. Məlum olub ki, xəstə ABŞ-da yoluxmuş şəxslə təmasda olub.

Moldova Səhiyyə Nazirliyi respublika vətəndaşlarını xəstəliyin əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.

Mənbə: TASS