İslamiada: Azərbaycan millisi ilk oyunda məğlub oldu | DEFAKTO.AZ İslamiada: Azərbaycan millisi ilk oyunda məğlub oldu – DEFAKTO.AZ

İslamiada: Azərbaycan millisi ilk oyunda məğlub oldu

36

Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.

DEFAKTO.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub.

Bu qrupun digər görüşündə Mərakeş millisi İrana 3:0 hesabı ilə qalib gəlib.