AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb | DEFAKTO.AZ AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb – DEFAKTO.AZ

AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb

6

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu olan PSV (Niderland) –  “Monako” (Fransa) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək.