“Liverpul” Premyer Liqaya xal itkisi ilə başladı – VİDEO | DEFAKTO.AZ “Liverpul” Premyer Liqaya xal itkisi ilə başladı – VİDEO – DEFAKTO.AZ

“Liverpul” Premyer Liqaya xal itkisi ilə başladı – VİDEO

7

İngiltərə Premyer Liqasının birinci turu çərçivəsində “Fulhem” evində “Liverpul”u qəbul edib.

Qarşılaşmanın ilk hissəsində meydan sahibləri üstün olub. 32-ci dəqiqədə A.Mitroviç hesabı açıb.

İkinci hissənin əvvəlində heyətdə üç dəyişiklik edən “Liverpul” 64-cü dəqiqədə D.Nunezin qolu ilə hesaba tarazlıq gətirib.

Lakin meydan sahibləri 72-ci dəqiqədə penalti zərbəsindən növbəti dəfə önə keçiblər. A.Mitroviç özünün və komandasının ikinci qolunu vurub.

Qarşılaşmanın yekun hesabını 80-ci dəqiqədə M.Salah təyin edib.

2:2 hesablı heç-heçə ilə “Liverpul” Premyer Liqaya xal itkisi ilə başlayıb.