DYP əməkdaşından kobud qayda pozuntusu: “Yaxşı edirəm” – VİDEO | DEFAKTO.AZ DYP əməkdaşından kobud qayda pozuntusu: “Yaxşı edirəm” – VİDEO – DEFAKTO.AZ

DYP əməkdaşından kobud qayda pozuntusu: “Yaxşı edirəm” – VİDEO

40

Bakıda YPX əməkdaşı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

DEFAKTO.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. 

Qanun pozuntusu nəqliyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb. 

Belə ki, yolun qarşı hərəkət zolağına çıxan 99-OM-800 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. Videogörüntülərdə avtomobili idarə edən sürücünün yol polisi əməkdaşı olduğu görülür.

Qəza şəraiti yaratdığı nəqliyyat vasitəsinin sürücüsünün ona “niyə qayda pozursan?” deyərək irad tutmasına “Yaxşı edirəm” cavabını verib.

Həmin görüntüləri təqdim edirik: