Ərdoğan Özbəkistanda Putinlə görüşə bilər | DEFAKTO.AZ Ərdoğan Özbəkistanda Putinlə görüşə bilər – DEFAKTO.AZ

Ərdoğan Özbəkistanda Putinlə görüşə bilər

6

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda Özbəkistana səfər edə bilər.

Bu barədə Türkiyə lideri Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

“Sentyabrda Şanxay beşliyi Özbəkistanda toplanacaq. Görüşümüz zamanı, cənab Putin də xahiş etdi, nəsib olarsa, oradakı görüşdə biz də iştirak edəcəyik, inşallah”, – deyə Ərdoğan bildirib.

Mənbə: TRTHaber