Azərbaycan millisinin futbolçusu “Eyndhoven”ə keçib | DEFAKTO.AZ Azərbaycan millisinin futbolçusu “Eyndhoven”ə keçib – DEFAKTO.AZ

Azərbaycan millisinin futbolçusu “Eyndhoven”ə keçib

5

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

“DEFAKTO.az”un məlumatına görə, 24 yaşlı hücumçu səviyyəcə ikinci sayılan Erstdivizion təmsilçisi “Eyndhoven”ə transfer olunub. Onun son klubu elə bu liqada çıxış edən “Telstar” olub.

Qeyd edək ki, Ozan Can Kökçü əvvəllər Azərbaycanda “Sabah” komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.