Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti – TƏBİB-dən AÇIQLAMA | DEFAKTO.AZ Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti – TƏBİB-dən AÇIQLAMA – DEFAKTO.AZ

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti – TƏBİB-dən AÇIQLAMA

30

Xırdalanda baş verən partlayışda xəsarət alan şəxslərdən ikisinin vəziyyəti hələ də ağır stabil olaraq qalır.

Bu barədə DEFAKTO.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova açıqlama verib. 

Məlumata görə, şəxslər Nərimanov Tibbi Mərkəzinin Yanğın şöbəsində həkim nəzarətindədirlər.

Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə Klinik Tibbi Mərkəzə yerləşdirilib. KTM avqustun dördündə şəxslərin səhhətində ciddi problem olmadığına görə onları evə buraxıb. 

Sayad Həsənli