FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü | DEFAKTO.AZ FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü – DEFAKTO.AZ

FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü

6

Ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az xəbər verir ki, avqustun 5-i saat 12:00 radələrində Ələt-Astara yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi “Nissan” markalı maşını aşırıb. 

Avtomobilin içərisində olan sərnişinlərdən biri, sürücünün qardaşı arvadı, 1988-ci ilə təvəllüdlü A.Ağayeva hadisə yerində ölüb.

Özü və qardaşı oğlu 2007-ci ilə təvəllüdlü Ə.Ağayev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, sürücü E.Ağayev Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Bölməsində çalışır.  

Aqil Vəlili