İnsan tərindən elektrik enerjisi əldə edildi – FOTO | DEFAKTO.AZ İnsan tərindən elektrik enerjisi əldə edildi – FOTO – DEFAKTO.AZ

İnsan tərindən elektrik enerjisi əldə edildi – FOTO

7

Bioloqlar “Geobacter sulfurreducens” bakteriyasına əsaslanan davamlı bioplyonkaların alınması üsulunu icad ediblər. Bu bakteriyalar elektrik cərəyanı istehsal etmək və keçirmə qabiliyyətinə malikdir, onların köməyi ilə alimlər elektron qurğular yaratmağa ümid edirlər.

Bu barədə “Nature Communications”da məqalə dərc olunub.

“G.sulphurreducens” bakteriyalarının koloniyaları ayrı-ayrı hüceyrələr arasında sıx bağlarla nazik təbəqələr şəklində böyüyür. Bu plyonkalardan istənilən formanı kəsmək mümkündür. Alimlər də  lazerdən istifadə edərək lazım olan formada onu doğrayıblar. Daha sonra bakteriyadan olan plyonka elektrodların arasına qoyulub və yumşaq, yapışqan, nəfəs ala bilən polimerlə möhürlənib.

Cihazdan elektrik almaq üçün onu dəriyə qoymaq kifayətdir. 

Beləliklə, davamlı olaraq buxarlanan tərin enerjisi ilə cərəyan yaranacaq.

Tərtibatçılar hesab edirlər ki, cəmi 40 mikrometr olan nazik bioplyonka ilə hər kvadratsantimetrə təxminən bir mikrovat enerji sıxlığı olan batareya istehsal edilə bilər.

Təcrübələr zamanı belə batareyalardan istifadə etməklə zəif güclü cihazları enerji ilə təchiz etmək mümkün olub.