Balıq pulcuqlarından televizorlar hazırlanacaq – FOTO | DEFAKTO.AZ Balıq pulcuqlarından televizorlar hazırlanacaq – FOTO – DEFAKTO.AZ

Balıq pulcuqlarından televizorlar hazırlanacaq – FOTO

8

Yapon alimləri balıq pulcuqlarını karbon nanosoğanağa çevirməyin yolunu tapıblar.

Araşdırma “Green Chemistry” jurnalında dərc olunub.

Karbon nanosoğanağı (CNO) – daxili karbon sferalarından əmələ gələn nano ölçülü karbon quruluşudur. Bu forma əla elektrik və istilik keçiriciliyinə malikdir, biotibb, bioimicinq və elektronikada (məsələn, televizor panellərinin istehsalında) istifadə olunur.

Qeyd edilir ki, nanosoğanaqların sintezi üçün ənənəvi proses çətinliklər və zərərli maddələrin atmosferə buraxılması ilə nəticələnir. Yeni yanaşma isə nə mürəkkəb katalizatorlar, nə sərt şərtlər, nə də uzun gözləmə müddətləri tələb edir – proses cəmi 10 saniyə çəkir.

Bildirilir ki, pulcuqlardan əldə edilən nanosoğanaqların sabit optik xassələri çevik plyonka və işıq-diod cihazları hazırlamağa imkan verə bilər.

Gələcəkdə CNO-dan yeni nəsil QLED televizorlarına panellər yaratmaq üçün istifadə ediləcək. Mütəxəssislərin fikrincə, yeni üsul istehsalı xeyli sürətləndirəcək və maya dəyərini aşağı salacaq.

Mənbə: Lenta.ru