Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub | DEFAKTO.AZ Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub – DEFAKTO.AZ

Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

52

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb.

DEFAKTO.az xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı – 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.