Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb | DEFAKTO.AZ Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb – DEFAKTO.AZ

Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

7

Gəncədə bədbəxt hadisə baş verib.

DEFAKTO.az xəbər verir ki, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Hüseynov Qəzənfər Rasim oğlunu yaşadığı evdə elektrik cərəyanı vurub və o, hadisə yerində  dünyasını dəyişib. 

Məlumata görə Q.Hüseynov yaşadığı evdə nasos ilə həyətyanı sahəsini suvarmaq istədiyi zaman etiyatsızlıqdan nasosun naqillərinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır