Neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayan komissiyanın tərkibi dəyişib | DEFAKTO.AZ Neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayan komissiyanın tərkibi dəyişib – DEFAKTO.AZ

Neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayan komissiyanın tərkibi dəyişib

43

Azərbaycanda neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib.

Bu barədə DEFAKTO.az məlumat yayıb.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.