Qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb – FOTO/VİDEO | DEFAKTO.AZ Qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb – FOTO/VİDEO – DEFAKTO.AZ

Qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb – FOTO/VİDEO

102

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Fəxrəddin Qasımov saxlanılıb.

Araşdırmalarla F.Qasımovun xaricdə yaşayan qonşusunun həyətyanı sahəsinin sahibsiz olmasından istifadə edərək orada aqrotexniki qulluqla çətənə bitkiləri yetişdirdiyi müəyyən olunub. Əraziyə baxış keçirilən zaman 46 ədəd çətənə bitkisi və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.