Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşüb | DEFAKTO.AZ Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşüb – DEFAKTO.AZ

Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşüb

35

Bakıda 15 yaşlı qız itkin düşüb.

“DEFAKTO.az”un əldə etdiyi məlumata görə, hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.