Rəsmi Vaşinqtonun “Şimal axını-2” qaz boru kəmərinə qarşı yeni maneələr tətbiq edəcəyi təqdirdə Almaniya tərəfindən ABŞ-a qarşı sanksiyalar hazırlanacaq.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, prezident Donald Tramp tərəfindən “Şimal axını-2”nın inşasının dayandırılması təhlükəsi baş verərsə, Almaniya ABŞ-a qarşı cavab verməyə hazır olacaq.
Qeyd olunub ki, Almaniya kansleri Angela Merkel AB-yə ümumi cavab addımı atmaq üçün təzyiq göstərə bilər.
Qeyd edək ki, “Şimal axını-2” qaz boru kəmərinin inşası ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəməri podratçılarına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında boru kəmərinin Rusiya tərəfindən tamamlanacağını, ancaq tikintinin planlaşdırıldığından bir neçə ay sonra yekunlaşacağını söyləmişdi.
Dünya
Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq – Bloomberg
By DEFAKTOİyn 29, 2020, 08:40 səhər
1372
Previous PostBirləşmək əvəzinə parçalanma... - Dünya silkələnir
Next PostUlduz futbolçu karyerasını başa vurdu