OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqladı | DEFAKTO.AZ OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqladı – DEFAKTO.AZ

OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqladı

102

Bu ilin sentyabr ayında Azərbaycan gündəlik 0,71 milyon barel neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel çoxdur.


Defakto.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı aylıq bülletendə bildirilir.


Sənədə əsasən, 2020-ci ilin III rübündə isə gündəlik ixrac illik müqayisədə 0,03 milyon barel azalaraq 0,7 milyon barelə düşüb.


Bundan başqa, ötən ay Azərbaycanın gündəlik xam neft istehsalı 585 min barel olub. Bu rəqəm avqustda 581 min barel, iyulda isə 563 min barel təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir