“Elmar Məmmədyarov səbrsizliklə Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir” — Deputatdan sensasion AÇIQLAMALAR | DEFAKTO.AZ “Elmar Məmmədyarov səbrsizliklə Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir” — Deputatdan sensasion AÇIQLAMALAR – DEFAKTO.AZ

“Elmar Məmmədyarov səbrsizliklə Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir” — Deputatdan sensasion AÇIQLAMALAR

2002

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Sovet İttifaqının tərkibinə qatılmış respublikaların bir çoxuna həmin təşkilatdan ayrılan zaman geniş ərazilər bəxş edilməsi barədə fikirlərini şərh edib. 


F.Ağamalı Defakto.az-a açıqlamasında bildirib ki, Putinin bu fikirləri həqiqətləri əks etdirir:


“Putinin bu fikirlərinin Azərbaycana hər hansı formada aidiyyati yoxdur. Bu fikirlər xüsusi olaraq işğalçı Ermənistana aid edilməlidir. Çünki Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 114 min kvadrat kilometrdən çox idi. Digər tərəfdən isə həmin dövrdə müqayisəli ərazilər də var idi. Həmin ərazilər daha çox Gürcüstan və Rusiya ilə bağlı idi. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra torpaqlarımızın xeyli hissəsi Ermənistana verildi. Bu ərazilər Zəngəzur mahalının Qafan, Gorus və qədim adı Qarakilsə olan indiki Sisian rayonları idi. Bu ərazilərimiz, eyni zamanda Göyçə gölündən Qazax rayonuna qədər olan ərazilərimiz də Ermənistana verildi. Sovet imperaiyasının vermiş olduğu Azərbaycanın bu tarixi əraziləri hesabına indiki Ermənistan formalaşıb. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır”.


Deputat qeyd edib ki, Putinin bu etirafını tarixi həqiqətlərin Azərbaycanın xeyrinə olan fakt kimi şərh etmək və təqdim etmək lazımdır:


“Əslində Putindən daha kəskin və tutarlı şəkildə ölkə Prezidenti İlham Əliyev bu məsələni uzun illərdən bəri gündəmə gətirir. Cənab Prezident çıxışlarında hər zaman indiki Ermənistanın və onun paytaxtının Azərbaycanın tarixi torpaqlar olduğunu qeyd edir. Bu məsələ ölkə Prezidenti səviyyəsində önə çəkilirsə, demək ki, beynəlxalq səviyyədə də ciddi qəbul olunur. Çünki bu məsələ barədə tarixçilər və ya millət vəkilləri fikir söyləmir, ölkə başçısı çıxış edir. Ölkə Prezidentinin söyləmiş olduğu fikirlər isə hər zaman daha ciddi çəkiyə malikdir. Cənab İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə çıxışlar və tarixçilərə çağırışlar edib. Çox təəssüf ki, bizim tarixçi alimlərimiz nədənsə susqunluq nümayiş etdirirlər. Prezidentimizin çağırışlarına baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi bu çağırışlara cavab vermir, ortaya fikirlərini qoymur. Əslində, bu ölkə Prezidentinin çağırışlarına qarşı çıxmaq, onu bloklamaqdır. Ölkə Prezidentinin çağırışlarına söykənərək hər birimiz bu sahədə fəaliyyətimizi gücləndirməliyik”.


F.Ağamalı qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də fəaliyyətində 180 dərəcə dönüş etməlidir:


“Xarici işlər naziri ermənilərə xidmət edən mövqeyindən əl çəkməlidir. Çünki onun fəaliyyəti bütövlükdə Ermənistanın işğalçılıq siyasətini stimullaşdırır. O da öz fəaliyyətində dönüş yaratmalıdır. Dəfələrlə söyləmişəm və bu gün də deyirəm ki, Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri kimi ona Prezident və dövlət tərəfindən göstərilən etimadı birmənalı şəkildə doğrultmur. Bu gün Xarici İşlər Nazirliyinin mövqeyi Azərbaycan Prezidentinin ortaya qoyduğu “hücum diplomatiyası” ilə uzlaşmır. Əslində, onun fəaliyyəti Ermənistanın işğalçılıq siyasətini stimullaşdırır. Bu gün Elmar Məmmədyarov səbrsizliklə nə vaxt vəzifəsindən azad olunacağını və bundan sonra gedib Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir. O, özündə cəsarət taparaq ərizə yazıb vəzifədən getmək istəmir. Çünki ona xaricdən tapşırıq verilib ki, Ermənistanın işğalçılıq siyasətini bu şəkildə malalasın. Nə qədər ki, Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziridir, biz cənab Prezidentin “hücum diplomatiyası”na adekvat addımlar atılmasını, Azərbaycanın qətiyyətli mövqeyinin beynəlxalq səviyyədə çatdırılmasına şahid ola bilməyəcəyik. Amma bununla yanaşı çox sevindirici haldır ki, Azərbaycanın xaricdə kifayət qədər vətənpərvər və peşəkar diplomatları var. Onlar ölkə Prezidentinin çağırışlarına uyğun olaraq addımlar atmalıdır. Təbii ki, burada Putinin də mövqeyindən Ermənistana qarşı element kimi istifadə etmək olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir