ERMƏNİ FAŞİZMİNƏ VƏ TƏCAVÜZÜNƏ SON QOYULMALIDIR | DEFAKTO.AZ ERMƏNİ FAŞİZMİNƏ VƏ TƏCAVÜZÜNƏ SON QOYULMALIDIR – DEFAKTO.AZ

ERMƏNİ FAŞİZMİNƏ VƏ TƏCAVÜZÜNƏ SON QOYULMALIDIR

176

Təcavüzkar ermənilər tərəfindən yenə də təxribatlar törədilərək, Tovuz istiqamətində müddətdən artıq həqiqi hərbi xidmətdə olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid oldu. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Vətən sağ olsun. Ölkə Prezidenti səviyyəsində bir neçə gün öncə Ermənistanın böyük müharibəyə hazırlaşdığı haqqında ciddi məlumatlar verildi və operativ məlumatlara söykənən bu açıqlama əlbət də, hər birimizi dövlətimizin, Ali Baş Komandanın və ordumuzun yanında olmağa bir daha səfərbər etdi. Dəfələrlə söylədiyim kimi, bir daha demək istərdim ki, işğal olunmuş torpaqlarımızın azad olunması qəhrəman və igid əsgər və zabitlərimizin iradəsindən keçir. İşğala məruz qalan torpaqlarımızın azad olunmasında müharibə artıq qaçılmazdır. Ermənistanın təcavüzü və sistemli xarakter daşıyan təxribatlarının qarşısı heç şübhəsiz ki, ordumuz tərəfindən qətiyyətlə alınır. Uzun illərdi ki, xalqımız ordumuzdan ermənilərin bitib-tükənməyən və işğalı əbədiləşdirməyə xidmət edən təxribatlarına tamamilə son qoymaq və torpaqlarımızın azad olunması üçün geniş miqyaslı döyüş əməliyyatlarının aparılmasını gözləyir. Bu gün ordumuz və xalqımız Ali Baş Komandanın yanındadır, onunla bərabərdi. Nəhayət, igid əsgərlərimizin və zabitlərimiz yüksək mənəvi-psixoloji hazırlığının və döyüş qabiliyyətinin, peşəkarlığının və ən müasir döyüş texnikasının verdiyi üstünlüklərdən bəhrələnərək, iki əsrdən çox himayə olunduqları dövlətlərin köməyilə tarixi torpaqlarımızı zaman-zaman işğal edən erməni faşizminə və onun təcavüzkarlığına son qoymalıdır. Bu müqəddəs missiyanın həyata keçirilməsi tarixi zərurətdir.Unutmaq olmaz ki, biz şəbəkələşmiş Dünya ermənilərilə üz-üzəyik. Onlar həm də informasiya məkanında döyüş aparır, maraqlarımıza zərbə vuran dezinformasiyaları ən müxtəlif formada geniş yayırlar. Bu baxımdan dəyərli jurnalistlərimiz son dərəcə diqqətli olmalı, ordumuzla, onun atdığı addımlarla bağlı ancaq və ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatını əsaslanmalıdılar. Fəzail Ağamalı,Ana Vətən Partiyasının sədriMillət Vəkili




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir