İnsanların bir-birinə düşmən olmasının 5 səbəbi… | DEFAKTO.AZ İnsanların bir-birinə düşmən olmasının 5 səbəbi… – DEFAKTO.AZ

İnsanların bir-birinə düşmən olmasının 5 səbəbi…

1755

Ayətullah Cəfəri buyurur: “Bəşəriyyət arasında düşmənçiliyə və kinə səbəb olan amillər bunlardır:
 1. İfrat təkəbbür ki, insanı din qardaşından ayrı salar. O ikisini düşmən kimi qərar verər.
Bu çirkin sifət Allahdan uzaq olmağa səbəb olar.

2. İrqpərəstlik bəşər insanları arasında kin alovunu şölələndirə bilər.

3. Qüdrət ardınca olmaq və insanlar üzərində hakim olmağa can atmaq düşmənçiliyə gətirib çıxardır. Bu cür insan özünü, öz maraqlarını – hədəf, başqalarını isə vasitə kimi görər.

4. Ali insani dəyərlərə qarşı cahil olmaq.

5. Dinə və onun hədəflərinə qarşı cahil olmaq.

Bu səbəbdən bu gün insanlar ədalət, hansısa ideya adı altında müharibələrin yaranmasına yol açırlar. Öz cılız düşüncələri ilə dini və ədaləti bəhanə gətirərək, əksinə dini dəyərləri məhv edirlər. Buna Səlib yürüşlərini misal çəkmək olar. Onlar iddia edirdilər ki, bu yürüşdə guya tək hədəfləri dindir. Ancaq həqiqət burasındadır ki, dini bəhanə edib, günahsız insanların qanlarını tökdülər. Əsrin ən faciəli müsibətini icra edənlərə çevrildilər.

Əgər müharibələrin azalmasını istəyiriksə, gərək insanlar arasında düşmənçilik yarada bilən amillərin aradan getməsi üçün səy göstərək”. (Həvzəh)
 /Deyerler.org/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir