ABŞ-da fəaliyyət göstərən amerikalı jurnalist Nurit Qrinqer (Nurit Greenger) “ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb.
O, bu barədə xəbəri öz “Facebook” səhifəsində paylaşıb.
Xanım Qrinqer yazıb ki, 2022-ci ilin iyun ayı ərzində mən Azərbaycanda oldum, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər etdim və Şuşa şəhərinə səfərimi yekunlaşdırdım.
“Bu səfərlə bağlı məqalələrim geniş yayıldı. İndi isə mən yeni bir publisist səyahətinə çıxdım və “ABŞ-Azərbaycan Mədəniyyət Fondu”nu təsis etdim.
Fondun məqsədi Azərbaycan və ABŞ, xüsusən də Qərblə, mədəniyyət, media, bədii və sənədli filmlərin yaradılması ilə iki ölkə arasında əlaqələrin möhkəmləməsinə töhfə verməkdir. Ümid edirəm ki, çoxlarınız bizə bu missiyada dəstək olacaqsınız”.