Britaniyalı səfir İranın yaydığı məlumatı təkzib etdi – FOTO | DEFAKTO.AZ Britaniyalı səfir İranın yaydığı məlumatı təkzib etdi – FOTO – DEFAKTO.AZ

Britaniyalı səfir İranın yaydığı məlumatı təkzib etdi – FOTO

48

Böyük Britaniyanın Tehrandakı səfiri İran mediasının britaniyalı diplomatın İranda həbsi ilə bağlı yaydığı saxta xəbərlərə münasibət bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Simon Şerklif “Twitter” hesabında yazıb:

“Bizim səfir müavininin Tehranda həbsi ilə bağlı xəbərlər olduqca maraqlıdır. O, ötən ilin dekabrında missiyasını tamamlayaraq İranı tərk edib”.

Xatırladaq ki, SEPAH-a yaxın media qurumları iyulun 6-da İranda ETTELAAT Nazirliyi tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində bir neçə Qərb diplomatının “casusluq” edərkən həbs edilməsi barədə xəbərlər yaymışdı.

İran mediasının məlumatında həmin diplomatlar arasında Böyük Britaniyanın Tehrandakı səfirinin müavininin də olduğu iddia edilmişdi.