Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Amerikanın “Time” jurnalı Ukraynanın birinci xanımı Yelena Zelenskayanın portretinin yer aldığı üz qabığı ilə dərc olunub.
Buraxılışda həmçinin Yelena Zelenskayanın müharibə şəraitində psixi sağlamlığın qorunması ilə bağlı şəxsi təcrübələrinə əsaslanaraq yazılmış məqalə də var.
Məqalə “Her private war ” – “Onun şəxsi müharibəsi” adlanır.
“Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibə zamanı şəxsi təcrübəsindən, habelə müharibənin psixi sağlamlığa mənfi təsirinin aradan qaldırılmasına həsr olunmuş işindən danışıb”, – deyə materialın elanında qeyd edilir.
Ukraine’s First Lady Olena Zelenska tells @shustry about her wartime experiences and work addressing the “overwhelming” mental toll of the war https://t.co/RtpX1cUSRI pic.twitter.com/CNDUIWwFEi
— TIME (@TIME) July 7, 2022
Mənbə: UNİAN