Koronavirus epidemiyası səbəbindən iki illik fasilədən sonra bu il yenidən təşkil edilən İspaniyadakı məşhur San Fermin Festivalının ikinci günündə buğa qaçışı keçirilib.
Şəhər küçələrindən arenayadək olan 850 metrlik yolda keçirilən qaçışda yüzlərlə insan iştirak edib.
Səlahiyyətlilər builki yarışda heç kimin vəhşi heyvanlar tərəfindən zərbə almadığını açıqlasa da, bəzi iştirakçıların müxtəlif səbəblərdən yaralandığı bildirilib.
Qırmızı Xaç rəsmiləri tədbir zamanı ümumilikdə 5 nəfərin xəstəxanaya aparıldığını qeyd ediblər.
Xatırladaq ki, 1910-cu ildən bəri San Fermin Festivalının şərşivəsində keçirilən buğa qaçışında ümumilikdə 16 nəfər həyatını itirib. Sonuncu ölüm halı isə 2009-cu ildə qeydə alınıb.
Mənbə: Haber Global